Bir qalanın sirri
Fevral 10, 2010 içində Maraqlı admin la
Bu gün yeni saytın, bizim AzNetdə az-az rast gəlinən – tarixi araşdırmalar saytının təqdimatının küçirildiyini gördün. Naxçıvan MR-da qədim Oğlanqala-da son 3 ildə və daha əvvəllər aparılan araşdırmalarla bağlıdır sayt. Amma!

Saytın bir çox funksiyası işləmədiyini görüb, məyyus oldum. İngiliscə variantın ümumiyyətlə Azərbaycan və Rus dilli bölmələrə keçidinin qoyulmaması qəribədir. Habuki Azərbaycan və Rus dilli versiyadan İngilis səhifəsinə keçid var. Yəqin saytı hazırlamağı, araşdırmalarda iştirak edən Pensilvaniya universiteti, 2-ci kurs tələbəsi an Çin əsilli ABŞ vətəndaşı Yilu Zhanga tapşırmağı səhv edib, çünki işləri yarımçıq görüb. Uşaq 6 aydır işləyir, hələ bir nəticə yoxdur, amma saytın hazır olmadığı halda bizimkilər onun təqdimatını səhvən keçirib.
Nə məzmun, nə də kod baxımından sayt hazır deyil. 2009-cu ilin son iş günü hazır kimi təqdim olunan İçərişəhərin saytı isə o vaxt bundan da pis vəziyyətdə idi. İndi isə ümumiyyətlə açılmır. Əla vəziyyətdir, bir qalanın sirri açılmır ki, açılmır. Oğlanqalaya yenə də şükür!
Başqa yazı oxumağa keçməzdən əvvəl bu anketi doldura bilərsiniz.